Bakıda İKT-nin müasir vəziyyəti və inkişafı perspektivləri mövzusunda konfrans keçiriləcək

Noyabrın 23-dən 25-dək texniki elmlər sahəsində Azərbaycanda flaqman hesab olunan Azərbaycan Texniki Universitetində (AzTU) “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində məqsəd müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır.

Telekommunikasiya sahəsində peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan universitet bu istiqamətdə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoyub.

(Visited 3 times, 1 visits today)