Qərb Universiteti 17 ixtisas üzrə tədrisi axşam saatlarında təşkil edir

Qərb Universiteti 2016-2017-ci tədris ilindən respublikanın ali təhsil müəssisələrində əyanı şöbədə təhsil alan, eyni zamanda, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən bakalavrlar üçün 17 ixtisas üzrə tədrisi axşam saatlarında təşkil edir. Bu ixtisaslara politologiya, dizayn (interyer,qrafik,landşaft), tərcümə, (ingilis,alman,fransız), filologiya (İngilis dili və ədəbiyyat), filologiya (Azərbaycan dili və ədəbiyyat), beynəlxalq münasibətlər, regionşünaslıq (qərbşünaslıq), dünya iqtisadiyyatı, maliyyə, menecment, turizm və otelçilik, iqtisadiyyat, biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompyuter mühəndisliyi, psixologiya və ekologiya sahələri aiddir.

Tədris prosesi axşam saatlarında təşkil olunan qruplar 2016-2017-ci tədris ilinin yaz semestrindən etibarən fəaliyyətə başlayacaq. Bu imkanlardan faydalanmaq istəyən bakalavrlar oktyabrın 30-dək müraciət edə bilərlər.

(Visited 4 times, 1 visits today)