Azərbaycan astrofizikləri Rusiyada beynəlxalq konfransda çıxış ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları Canməmməd Rüstəmov və Bayram Rüstəmov Rusiya Elmlər Akademiyası Xüsusi Astrofizika Rəsədxanasının 50 illik yubiley tədbirləri çərçivəsində keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə azərbaycanlı alimlər “Xəttin təməlində diskret komponentdən udulma spektral ikili HD206267 spektri H-alfa” və digər elmi mövzular üzrə məruzələrlə çıxış ediblər.

Rəsədxananın əməkdaşlarının məruzələri maraqla qarşılanıb və alınmış nəticələr aparıcı tədqiqatçılarla geniş müzakirə edilib. Bundan əlavə, digər ölkələrdən tədbirə qatılmış astrofiziklərlə müzakirələr keçirilib, gələcəkdə birgə elmi-tədqiqat işlərinin aparılması barədə razılıq əldə olunub.

(Visited 4 times, 1 visits today)