Azərbaycan Respublikası Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının iclası keçirilmişdir

29 Sentyabr 2016-ci il tarixində akademik Rafael Hüseynovun sədrliyi ilə Filologiya problemləri elmi şuranın 7-ci iclası keçirilmişdir. 2-si elmlər doktorluğu hazırlığı, 10-u fəlsəfə doktorluğu hazırlığı olmaqla 12 iddiaçının mövzusu müzakirə edilmişdir.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə əyani doktorantı Məmmədova Nurlanə Hümmət qızının “Məsud Əlioğlunun ədəbiyyatşünaslıq fəaliyyəti və ədəbi-tənqidi görüşləri” mövzusu “Məsud Əlioğlunun ədəbi-tənqidi görüşləri” adlı altında doktoranturadakı tixtisas şifri nəzərə alınaraq Ali Attestasiya Komsiyasının mövzuya etiraz etməyəcəyi şərti ilə təsdiq edildi.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə dissertantı Şükürlü Sevinc Şakir qızının “İngilis dilində yaxşı və pis konseptlərinin verballaşması (Azərbaycan dili ilə müqayisədə)” mövzusunun adında düzəliş edilərək “İngilis dilində yaxşı və pis konseptləri” şəklində təsdiq edildi.
Beləliklə, iclasda 3-nün adından dəyişiklil edilməklə 5 mövzu təsdiq edilmişdir.
İddiaçılardan AMEA Gəncə Bölməsinin elmlər doktoru hazırlığı proqramı üzrə qiyabi doktorantı Quliyeva Ruziyə Zaman qızının “Gəncə ədəbi mühiti (XIX -XX əsr)” mövzsunun elmlər doktorluğu üçün yararlı mövzu olmadığı, araşdırmada heç bir nəzəri problem qoyulmadığı, oxşar mövzuların işləndiyini nəzərə alınaraq təsdiq edilmədi. Doktoranta işini asanlaşdıracaq tövsiyələr verildi.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə doktorantı Ağayeva Natəvan Fəxrəddin qızının “Zəngəzurun etnotoponimləri və onun arealları” mövzusunun daha əvvəllərdə ayrı-ayrı tədqiqatçılar tərəindən dissertasiya və monoqrafiya səviyyəsində müxtəlif aspektlərdən işlənməsi nəzərə alınaraq təsdiq edilmədi. İddiaçıya mövzu ilə bağlı mövcud ədəbiyyatlarla daha sərindən tanış olmağı tövsiyə edildi.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə əyani doktorantı Göven Mehriban Natiq qızının “Nikola Bozenin “Ümumi qrammatika” əsərində feilin növ və zaman kateqoriyaları (Azərbaycan dili ilə müqayisədə)” mövzsunda istiqmət aydın olmadığı üçün iddiaçıya araşdırmanın istiqamətini düzgün müəyyənləşdirmək tövsiyə edilirək təsdiq edilmədi.
Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə dissertantı İsayeva Kəmalə Ramiz qızının “Azərbaycan dilində söz tərkibinin ənənəvi və icbari formaları” mövzusunda istiqaməti müəyyəşləşdirib yeni plan-prospektlə növbəti iclasa gəlməsi məsləhət görüldü.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili və onun tədrisi kafedrasının fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə doktorantı Manafova Aynurə Murad qızının “Modallığın feillərlə ifadəsi (ingilis və Azərbaycan dillərində)” mövzusu artıq işlənildiyindən təsdiq edilmədi.
Beləliklə, 7 nəfərin mövzusu təsdiq olunmamış və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilmişdir.
Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Cəlil Nağıyev, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Nadir Məmmədli, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.

(Visited 3 times, 1 visits today)