Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçiləri, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları Ədalət Ətayi və Bala Rəcəbov Gürcüstanda “Müasir astrofizikanın problemləri – II” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, konfransda azərbaycanlı alimlərin Yupiter və Saturn planetlərinin atmosferinin tədqiqinə dair məruzələri dinlənilib.
Konfransda çərçivəsində rəsədxananın əməkdaşları digər ölkələrdən tədbirə qatılmış alimlərlə gələcəkdə birgə maraq doğuran elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.
(Visited 6 times, 1 visits today)