BDU-nun tələbələri Avropa Gənclər Parlamentinin 83-cü beynəlxalq sessiyasında iştirak edirlər

Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin tələbələri Gülcənnət Hüseynli və Emil Həsənzadə Avropa Gənclər Parlamentinin İsveçrənin Laax şəhərində keçirilən 83-cü beynəlxalq sessiyasında iştirak edirlər.

G.Hüseynli tədbirin “Commitee on Foreign Affairs (AFET)” bölməsinə, E.Həsənzadə isə “Committee on Fisheries (PECH)” bölməsinə qatılıblar.

Layihənin məqsədi müxtəlif kateqoriyalardan olan avropalı gəncləri bir araya toplamaq, fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropanın 41 ölkəsində olmaqla hər il 550-dən çox regional, beynəlxalq və yerli tədbirlər vasitəsilə 40 mindən çox gənci əhatə edir. Avropa Gənclər Parlamentinin məqsədi aktual problemlərlə bağlı məsələlərə diqqəti artırmaq, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, həmçinin Avropa gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumların təşkilinə kömək göstərməkdir.

(Visited 2 times, 1 visits today)