“Dini təhsil verən universitetlər pulsuz olsun” – Zahid Oruc

“Azərbaycanda Bakı İslam Univeristeti pulsuz təhsil versin”.

Bunu “ Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklər və əlavələrə münasibət bildirərkən millət vəkili Zahid Oruc çıxışı zamanı deyib.

Millət vəkili çıxışı zamanı təklif edib ki, xaricə pulsuz təhsil üçün gedən gənclərin sayının azalması və bu prosesin qarşısının alınması üçün Azərbaycanda Bakı İslam Univeristeti o cümlədən dini təhsil verən təhsil müəssisələrinin pulsuz təhsil verməyi məqsədə uyğun olar. O bildirib ki, dövlətin bu xərcləri qarşılamaq üçün kifayət qədər gücü var”.

 

(Visited 4 times, 1 visits today)