“Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans

Sumqayıt Dövlət Universiteti
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu

 

“Müasir dilçiliyin aktual problemləri”
(Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunur) mövzusunda Beynəlxalq elmi konfrans

 

Konfransın keçirilmə tarixi: 24-25 noyabr 2016-cı il

 

Konfransın keçirilmə yeri: Sumqayıt Dövlət Universiteti

 

Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

•  Ədəbi dil və dil normaları qloballaşma şəraitində: mövcud vəziyyət və problemlər
•  Türkologiya
•  Kütləvi informasiya vasitələrinin dili
•  Müqayisəli dilçilik: dillərin linqvodidaktik təsviri
•  Üslubiyyat və semantika
•  Tərcüməşünaslıq: nəzəriyyə və təcrübə
•  Multikulturalizm və dil

 

• İştirak forması: əyani, qiyabi

 

Tezislərin tərtibatına qoyulan tələblər:

•  Tezislərin mətni A4 formatında, 1-2 səhifə, Times New Roman – 12 şrifti ilə hər tərəfdən 20 mm saxlanılmaqla 1 intervalla yığılır.
•  Tezisin adı iri hərflərlə çap olunmalıdır.
•  Müəllifin adı, soyadı, atasının adı və iş yeri göstərilməlidir.

 

Tezislərin qəbulu: 10.11.2016-cı il tarixinədək

 

Konfransın işçi dilləri – Azərbaycan, rus, ingilis

 

Tezislər ezemet.rustem@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur. Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti (III tədrsi korpusu),
16-cı məhəllə, Filologiya fakültəsi, Azərbaycan dili və dilçilik kafedrası, otaq 207.

 

Məsul katib: dos. Ə.M.Rüstəmov
Əlaqə telefonları: +994186553666   +9944557226057

 

(Visited 4 times, 1 visits today)