“Sabahın alimləri” VI Respublika müsabiqəsinə start verilir

Müsabiqə 2017-ci il 15-17 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir.

 

Müsabiqənin kateqoriyaları:

  • Riyaziyyat
  • Fizika, astronomiya
  • Kimya
  • Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
  • Tibb və sağlamlıq
  • Ekologiya, ətraf mühitin idarə olunması
  • Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)
  • Kompüter elmləri.

 

Müsabiqənin qaydaları:

  • Müsabiqədə Azərbaycanın bütün rayonlarında yerləşən ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdlər iştirak edə bilərlər;
  • Müsabiqəyə təqdim olunan layihələr fərdi və ya kollektiv (2 nəfərdən çox olmamaqla) halda hazırlana bilər;
  • Layihələr hazırlanarkən müsabiqənin etik qaydalarına riayət olunmalıdır;
  • Layihələr (davamı olan layihələr istisna olmaqla) bir il müddətində hazırlanmalıdır (yanvar 2016 – dekabr 2016);
  • Şagidlərin layihələri konkret elmi-texniki problemin həllinə yönəlməli və müsabiqənin kateqoriyalarından birinə uyğun gəlməlidir;
  • Hər şagird və ya komanda yalnız bir layihə təqdim edə bilər;
  • İnsan iştirakçıları, onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı layihələrin mövzusu təcrübə-sınaq işlərinə başlamamışdan əvvəl Müsabiqənin Elmi Ekspertiza Komitəsi (EEK) tərəfindən təsdiq edilməlidir;
  • Müsabiqədə iştirak etmək istəyən hər bir şagird (şagird kollektivi) 2016-cı il 1 oktyabr-25 dekabr tarixlərində müsabiqənin sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidir;
  • Hər bir şagird Şagirdin yoxlama cədvəlini (1A), Tədqiqat planıTəsdiq formasını (1B) doldurub 25 dekabr 2016-cı ilə qədər sabahinalimleri@gmail.com ünvanına göndərməlidir;
  • Elmi rəhbər şagird ilə birlikdə Elmi rəhbərin yoxlama cədvəlini (1) doldurmalı və 25 dekabr 2016-cı ilə qədər sabahinalimleri@gmail.com ünvanına göndərməlidir. Elmi rəhbər layihənin yerinə yetirilməsinə nəzarət etməlidir.
  • BSL-2 təhlükə potensiallı bioloji agentlər, DEA-nəzarəti altında olan maddələr, insan iştirakçıları cəlb olunan, onurğalı heyvanlara dair tədqiqatların aparılması üçün mütəxəssis alim tələb olunur və Mütəxəssis Alim Forma 2, Potensial təhlükəli bio-agentlərin istifadəsində riskin qiymətləndirilməsi Forma 6A doldurulub 25 dekabr 2016-cı ilə qədər sabahinalimleri@gmail.com ünvanına göndərməlidir;
  • EEK-nın ilkin təsdiqindən sonra Şagirdin yoxlama cədvəlində (1A) və ya Tədqiqat planında dəyişikliklərin edilməsi tələb olunduqda, laboratoriya təcrübə-sınaq işinə və məlumatların toplanmasına başlamamışdan öncə həmin sənədlər təkrar təsdiqlənməlidir.
  • Davam edən layihələr üzrə təcrübə-sınaq işlərinə və məlumatların toplanmasına başlamamışdan əvvəl sənədlər EEK tərəfindən cari il üçün təkrar təsdiq olunmalıdır.
  • Əgər layihə tədqiqat institutunda, universitetdə, sənaye müəssisəsində, yaxud ev, məktəb xaricində həyata keçirilirsə Tədqiqat institutu və Sənaye müəssisəsi forması (1C) doldurulmalı və stenddə nümayiş etdirilməlidir.
  • Təcrübə-sınaq işləri başa çatdıqdan sonra hər bir şagird və ya komanda cari ildə görülən işin xülasəsinə dair bir səhifəlik (maksimum 250 sözdən ibarət) annotasiya25 dekabr 2016-cı ilə qədər sabahinalimleri@gmail.comünvanına göndərməlidir;
  • Layihənin yerinə yetirilməsinə dair Gündəlik aparılması və müsabiqə zamanı onun nümayiş etdirilməsi tövsiyə edilir.

 

Şagirdlərin nəzərinə!

Müsabiqənin işci dilləri – Azərbaycan və rus dilləridir.

İntel İSEF-də iştirak etmək üçün seçiləcək şagirdlərin təqdimatları ingilis dilində dinləniləcək.

Müsabiqədə iştirak pulsuzdur.

Müsabiqəyə tələb olunan formaları götürmək üçün bura daxil olun.

Müsabiqəyə şagirdlərin qeydiyyatı 25 dekabr 2016-cı il tarixinədək onlayn aparılır.

E-mail: sabahinalimleri@gmail.com

Bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir.

Musabiqəyə hazırlaşan şagirdlərlə noyabr-dekabr aylarının hər şənbə günü saat 10:00-dan 12:00-dək Gənc İstedadlar liseyində EEK-nın və Təşkilat komitəsinin üzvləri ilə görüşlər keçiriləcək.

 

Direktor, müəllim və elmi rəhbərlərin nəzərinə!

“Sabahın alimləri” VI Respublika müsabiqəsi kecirilən müddətdə şagirdlərin elmi fəaliyyəti ilə məşğul olan müəllimlər, şagirdlərin elmi rəhbərləri və direktorlar ücün Təlim Akademiyası fəaliyyət göstərəcəkdir. Həmin Akademiyada keciriləcək treninqlərdə iştirak etmək istəyənlər 2017-ci il 15 yanvar tarixinədək sabahinalimleri.edu.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

(Visited 5 times, 1 visits today)