“Türkologiya” jurnalının 2-ci sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya” jurnalının 2016-cı il üçün 2-ci sayı çapdan çıxıb.
Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Fəlsəfə və Tarix”, “Yazılı Abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “I Türkoloji Qurultay”ın 90 illiyi, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi, dünyada olan “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.
Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.
Nəzərinizə çatdıraq ki, jurnalın 3-cü və 4-cü saylarına məqalə qəbulu davam edir.

(Visited 1 times, 1 visits today)