UNEC Çin İctimai Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) direktoru, professor Yadulla Həsənli Çin İctimai Elmlər Akademiyasının (CASS) “Bir Kəmər Bir Yol” tədqiqat mərkəzi baş katibinin müavini Syuy Venhon ilə görüşüb.

Görüşdə ölkə iqtisadiyyatının postneft dövrünün istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb, Çin iqtisadi təcrübələri müzakirə olunub. Həmçinin iqtisadi araşdırma və tədqiqatlar sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilib.

(Visited 2 times, 1 visits today)