Akademik Fikrət Əliyev London İmperial Kollecində məruzələrlə çıxış edib

20-27 noyabr 2016-cı il tarixlərində Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət ƏliyevBöyük Britaniyada elmi ezamiyyətdə olub. O, London İmperial Kollecində “Analiz və xüsusi törəməli differensial tənliklər”, “Bəzi identifikasiya məsələlərinin həlli üçün asimptotik metodlar”, “Nasos-kompressor borularının müxtəlif hissələrində hidravlik müqavimət əmsalını müəyyən etmək üçün metod” adlı məruzələrlə çıxış edib.

Səfər çərçivəsində akademik F.Əliyev London İmperial Kollecinin İnformasiya Texnologiyaları və Tətbiqi Riyaziyyat Departamentində də olub. Görüşdə İmperial Kollec ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu arasında elmi əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlıq üçün tədbirlər planı hazırlanıb. Həmçinin birgə layihələrin yerinə yetirilməsi üçün Analiz Tətbiqləri və Hesablamaları Beynəlxalq Cəmiyyəti (ISAAC) ilə əlaqə yaradılması qərara alınıb.

(Visited 5 times, 1 visits today)