Akademik Nikolay Nikolayeviç Kazanski ilə görüş

23 noyabr saat 16:00-da Nəsimi adına Dilçilik İnstitutunda Rusiya Elmler Akademiyası Dilçilik Araşdirmaları İnstitutunun direktoru akademik Nikolay Nikolayeviç Kazanski ilə görüş keçirilib. Qonağı rəsmi şəkildə qəbul edən AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu bu görüşdən məmnun olduğunu bildirib.

Görüşdə Dilçilik İnstitutunun professor və rəhbər heyəti, əməkdaşları iştirak edib.
Akademik Nikolay Kazenski çıxışında Azərbaycan xalqına çox bağlı olduğunu bildirib. Akademik qeyd edib ki, institut ilə əlaqələrin möhkəmlənməsi üçün bir sıra işlərin aparılması vacib amildir.

Tədbirdə Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Nikolay Kazenskiyə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” , ”Türkologiya” jurnalını hədiyyə edib.

Həmçinin N.Kazenski institutun magistrlərilə görüşüb, onların suallarını cavablandırıb. Sonda akademik Nikolay Kazenskilə xatirə şəkli çəkdirilib.

(Visited 3 times, 1 visits today)