“Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Dünya Fəlsəfə Gününə həsr olunan “Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki,  tədbir AMEA-nın Fəlsəfə İnstitutunun, Gənc Alim və Mütəxəssislər Şurasının, Bilik Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli fəlsəfə elminin öyrənilməsinin əhəmiyyətindən, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışıb, digər elmlərin dərindən mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğulayıb.

Digər çıxış edənlər də Azərbaycan alimlərinin dünya fəlsəfə elminə töhfələrindən danışıblar.

(Visited 2 times, 1 visits today)