“Elm və İnnovasiya” elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq

22 noyabr 2016-cı il tarixində saat 22:15-də AzTV kanalında “Elm və İnnovasiya” elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin uzunillik fəaliyyətinə, Azərbaycanda ensiklopediya sahəsində əldə olunmuş nailiyyətlərə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevdir.

(Visited 5 times, 1 visits today)