Gənc türkoloqların “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransı keçiriləcək

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfransı keçiriləcək.

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans işi “Türk dillərinin tarixi”, “Türk xalqlarının ədəbiyyatı”, “Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası”, “Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri” bölmələr üzrə təşkil ediləcək.

Tədbir noyabrın 22-də başa çatacaq.

(Visited 3 times, 1 visits today)