Marsda tapılan daş analiz edilir

Daha əvvəl də Marsda bu tip daşların tapıldığı bildirilir

Amerika Milli Kosmik Agentliyi NASA Marsda yumurta böyüklüyündə qeyri-adi parlaq daş təsbit edib.

Yumurta böyüklüyündə olan qeyri-adi daş, NASA-nın Marsdakı Curisoity adlı cihazı vasitəsiylə 27 oktyabr tarixində təsbit edilib. Parlaq bir görünüşə sahib olan daş, hələ ki, analiz edilir.
NASA-nın açıqlamasına görə daş, dəmir və nikel birləşiminə sahibdir və bir meteoridin kiçik bir parçasıdır.
Daha əvvəl də Marsda bu tip daşların tapıldığı, amma ilk dəfədir ki, bir yumurta böyüklüyündə bir parlaq daşın tapıldığı bildirilib.
(Visited 4 times, 1 visits today)