Sualtı “Platforma” robotu Arktika sularında uğurla sınaqdan keçirilib

Tomsk Politexnik Universiteti alimlərinin səyi ilə hazırlanmış sualtı “Platforma” robotu Arktika sularında keçirilən sınaqları müvəffəqiyyətlə başa vurub. Sualtı aparat qlobal istiləşmə ilə əlaqədar arktik şelfin xüsusiyyətlərini tədqiq edib.

AZƏRTAC planet-today.ru saytına istinadla xəbər verir ki, “Platforma” robotu əvvəlcə Vladivostokda sınaqdan keçirilib,

sonra “Akademik Lavrentyev” gəmisi ilə birlikdə arktik ekspedisiyaya yollanıb.

Avtomatlaşdırılmış sualtı aparat Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Dəniz Texnologiyaları Problemləri İnstitutu və Tomsk Politexnik Universitetinin birgə layihəsidir.

(Visited 4 times, 1 visits today)