Zoologiya İnstitutu Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindəndir

Noyabrın 23-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan “Qafqaz ekosistemi: dünən, bu gün, sabah (Qafqazın 80 illik zooloji tədqiqatları)” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindən olan Zoologiya İnstitutunun keçdiyi böyük inkişaf yolundan danışıb. Bildirilib ki, ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov elmi müəssisənin milli zoologiya elminin inkişafında rolundan söz açıb.

Konfrans işini seksiyalar üzrə elmi-populyar məruzələrlə davam etdirib.

(Visited 5 times, 1 visits today)