ABŞ-da 1973-ci ilin ilk internetinin xəritəsi tapılıb

ABŞ-ın Karneqi Mellon Universitetinin kompüter məktəbində 1973-cü ilin ilk internetinin xəritəsi tapılıb.

AZƏRTAC “gazeta.ru”ya istinadla xəbər verir ki, İncəsənət Muzeyinin əməkdaşı Karnegi Devid Nyuberi bu barədə məlumatı öz twitter səhifəsində dərc edib.

1973-cü ildə ABŞ-da ARPANET şəbəkəsi 36-dək mərkəzə birləşdirilmiş 42 kompüterdən ibarət olub. Xəritənin yaradılmasından cəmi bir neçə ay sonra ARPANET Norveçdə və Londonda server istifadəyə verərək beynəlxalq şəbəkəyə çevrilib. Şəbəkəyə ABŞ-ın ən böyük universitetləri, o cümlədən Kaliforniya, Harvard, Stenford universitetləri qoşulub. Xəritədə nodlar – baza marşrutizatorları kvadratlarla, müştəri kompüter və serveri isə oval işarələrlə qeyd olunub.

ARPANET (Advanced Research Projects Agency Network) şəbəkəsi 1969-ci ildə ABŞ-ın perspektiv tədqiqatlar üzrə Müdafiə Nazirliyi agentliyində (DARPA) yaradılıb və müasir internetin prototipi olub.

(Visited 2 times, 1 visits today)