ADPU-da doktoranturaya, dissertanturaya qəbul imtahanları və müsahibə

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-cı il üçün 20-yə qədər ixtisas üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 yer, dissertanturaya 19 yer, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya 10 yer ayrılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə universitetdə imtahan və müsahibə prosesinin həyata keçirilməsi üçün nüfuzlu professorların təmsil olunduğu 14 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb.

SQK-ya 82 nəfər sənəd təqdim edib. SQK-nın qərarına əsasən 70 nəfər imtahanlara və müsahibəyə buraxılıb. Dekabr ayının 22-dən başlanan imtahan və müsahibə prosesinin yanvar ayının 12-də başa çatması nəzərdə tutulur.

Dünən C.Cəfərov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov auditoriyalarda olaraq imtahan və müsahibənin gedişini müşahidə ediblər.

İddiaçılar sənəd qəbulunun, eləcə də imtahan və müsahibənin şəffaf və obyektiv təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

(Visited 7 times, 1 visits today)