ADU-da Operativ Qərargah yaradılıb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov  2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə müvafiq əmr imzalayıb. Əmrə əsasən imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevin rəhbərlik etdiyi  Operativ Qərargah yaradılıb.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

(Visited 3 times, 1 visits today)