“Azərbaycan müstəqillik dövründə – 25” kitabı işıq üzü görüb

Azərbaycan Dillər Universitetinin sosial elmlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xatirə Hacıyevanın müəllifi olduğu “Azərbaycan müstəqillik dövründə – 25” adlı dərs vəsaiti işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, fəlsəfə üzrə fəlsəfə doktoru Ədalət Abdıyevanın elmi redaktorluğu ilə çapdan çıxan kitabda əsasən dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə cərəyan edən proseslər öz əksini tapıb.

Nəşr Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkəmizin xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yollarla həlli sahəsində atılmış addımlar, ölkəmizdə həyata keçirilən multukulturalizm siyasəti, Azərbaycanda iqtisadiyyatın, neft sənayesinin, mədəniyyətin, təhsilin, turizmin inkişafı ilə bağlı məlumatlar əldə etmək üçün dəyərli mənbədir.

(Visited 4 times, 1 visits today)