“Beynəlxalq informasiya mühiti və elmi-mədəni inteqrasiya” kitabı çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Nigar Babaxanovanın “Beynəlxalq informasiya mühiti və elmi-mədəni inteqrasiya” kitabı işıq üzü görüb.

Yeni nəşr Beynəlxalq elmi kommunikasiya müstəvisində informasiya mübadiləsi, Azərbaycan beynəlxalq informasiya mühitində: informasiya və çap məhsullarının mübadiləsi sahəsində əməkdaşlığın yaranması və inkişafı, Elmi-mədəni inteqrasiya tarixi və elmi – təşkilati aspekt, Beynəlxalq standartlar və onların informasiya mübadiləsi prosesində tətbiqi və digər bölmələrdən ibarətdir.

Kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, rəyçiləri  filologiya üzrə elmlər doktoru Paşa Kərimov və tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərlidir. Beynəlxalq elmi-mədəni proqramlar üzrə məsləhətçi isə ABŞ Şərqi Nyu-Mexiko Universitetinin beynəlxalq əlaqələr və xüsusi təhsil üzrə professoru Maykl Şauqnessidir.

Monoqrafiya qlobal informasiya mühitinin təşəkkül və inkişaf tarixinə, intellektual inteqrasiyanın elmi-təşkilati məsələlərinə həsr olunub.

(Visited 3 times, 1 visits today)