“Onu yaxasından tutub kənara itələmək olmaz”

“Kamal Abdulla bura 16 il rəhbərlik edib, onu Bakı Slavyan Universitetinin tarixindən silmək mümkün deyil”.

İnterpress.az xəbər verir ki, bu sözləri bu gün jurnalistlərlə görüşündə BSU-nun yeni rektoru Nurlana Əliyeva Kamal Abdulla ilə bağlı verilən suala cavabında deyib. Rektor qeyd edib ki, K. Abdullanı universitetin tarixindən silmək cəhdi hörmətsizlik olar: “Kamal Abdullanın bu illər ərzində universitetə rəhbərlik etməsi tarixi faktdır. Onu yaxasından tutub kənara itələmək olmaz. Əgər ona qarşı belə bir cəhd olarsa, bu, bizim qədrbilməzliyimiz, öz tariximizə hörmət qoymamağımızın əlaməti olar.

Mən burada nə qədər işləyəcəyimdən asılı olmayaraq, BSU-nun tarixinə yazıldım artıq. Mən şübhəsiz ki, Kamal müəllim qədər işləyə bilmərəm, çünki 70 yaşım var. Lakin hansı müddətdə BSU-ya rəhbərlik etməyim universitetin tarixinə düşdüyüm gerçəkliyini dəyişə bilməz”.

Qeyd edək ki, bu gün bir neçə mətbu orqanın rəhbər şəxsləri BSU-da imtahanların gedicini izləyib, ali məktəbdə aparılan təmir-quruculuq işləri ilə tanış olublar.

(Visited 12 times, 1 visits today)