Saxta diplomlarla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Azərbaycanda saxta diplomlarla bağlı daxil olan müraciətlər azalıb.

Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda saxta diplomlar iki qrupa bölünür:

“Birinci diplomlara baxanda saxta olduğu müəyyən edilir. İkinci saxta diplomlar isə həqiqi diplomdan seçilmir. Elə diplomlar var ki, 30 il bundan qabaq alınıb, onların saxta olmasını müəyyən etmək çox çətindir. Diplomlarla bağlı rayon icra hakimiyyətlərindən, dövlət imtahan mərkəzindən müraciətlər daxil olur. Rayon icra hakimiyyətləri Təhsil Nazirliyinə müraciət edir və nazirliyin rəyi nəticəsində bizə müraciət göndərilir. Ötən illərlə müqayisədə hazırda müraciətlər azalıb”.

(Visited 3 times, 1 visits today)