“Azərbaycanın iqtisadiyyat tarixi və tarixçiləri” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun əməkdaşı Röya Mirzəbəyovanın “Azərbaycanın iqtisadiyyat tarixi və tarixçiləri” kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan kitabın redaktoru institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə direktorun elmi işlər üzrə müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

Nəşrin XX əsrin birinci yarısından başlayaraq Azərbaycanda yaranan ali təhsil ocaqları və tədqiqat mərkəzlərində iqtisadiyyat tarixinin öyrənilməsi ilə iqtisadi tarix məktəbinin təşəkkülü, həmçinin iqtisadiyyat tarixçilərinin bu məktəbin formalaşmasında rolu işıqlandırılıb.

(Visited 3 times, 1 visits today)