Azərbaycan alimi Dəkkə Universitetinin fəxri diplomuna layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Banqladeşin Dəkkə Universitetinin dəvəti ilə bu ali məktəbdə “Ehtimal nəzəriyyəsinin müasir problemləri” mövzusunda mühazirələr deyib və birgə araşdırmaların aparılmasını müzakirə edib.

İnstitutdan  bildirilib ki, akademik A.Hacıyev universitetin vitse-prezidenti, professor Arefin Siddiqe və dekan, professor Şibli Rubayat ilə görüşüb. Azərbaycanlı alim universitetin fəxri diplomuna layiq görülüb.

Qeyd edək ki, dünyanın ən böyük ali təhsil müəssisələrindən olan Dəkkə Universitetinin prezidenti Banqladeşin dövlət başçısı Md. Əbdül Həmiddir.

(Visited 5 times, 1 visits today)