Dövlət İmtahan Mərkəzi aprelin 9-da ali və orta ixtisas təhsili müəssisələrinə Azərbaycan dili fənnindən imtahan verən rus bölməsi abituriyentlərinə müraciət edib.
Müraciətdə bildirilir ki, Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlər aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər. Bunun üçün onlar elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparmalıdırlar.
İyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri- məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.
(Visited 6 times, 1 visits today)