Azərbaycan Dillər Universiteti Frankofoniya Universitet Agentliyinin üzvü seçilib

Azərbaycan Dillər Universiteti (ADU) dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərən və 850-dən çox universiteti birləşdirən genişmiqyaslı Frankofoniya Universitet Agentliyi şəbəkəsinin üzvü seçilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu barədə Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamməd Ketatanın ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayevə ünvanladığı məktubda məlumat verilib.

M.Ketata bu üzvlüyün ADU-ya fransızdilli insanlar üçün bütün maliyyə dəstəyindən yararlanmağa imkan yaratdığını vurğulayıb.

Qeyd edək ki, aprelin əvvəlində ADU-da M.Ketatanın iştirakı ilə Frankofoniya Mərkəzinin açılışı olub.

(Visited 4 times, 1 visits today)