Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universiteti arasında birgə magistr proqramı

Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə neft-qaz mühəndisliyi ixtisasının yatağın qiymətləndirilməsi və idarə olunması ixtisaslaşması, kimya mühəndisliyi ixtisasının isə neft və qaz texnologiyası ixtisaslaşması üzrə magistratura səviyyəsinə 2017/2018-ci tədris ili üçün qəbul elan edib.

BANM-dən bildiriblər ki, Dövlət İmtahan Mərkəzinin (DİM) qəbulla bağlı keçirəcəyi müsabiqədə bu ali təhsil ocağının və xarici ölkələrin universitetlərinin müvafiq ixtisaslarının məzunları, digər ali məktəblərdə həmin ixtisaslar üzrə ingilis dilində təhsil almış bakalavrlar iştirak edə bilərlər.

DİM-in BANM-də həmin ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə keçirəcəyi test imtahanlarının nəticəsinə görə ixtisaslara ümumi 21 bakalavrın qəbulu nəzərdə tutulub.

Təhsil ingilis dilində aparılacaq, magistr dərəcəsi alan məzunlara BANM-in və Heriot-Vatt Universitetinin diplomları veriləcək. Təhsil ödənişsiz əsaslarla dövlət sifarişi çərçivəsində həyata keçiriləcək. Təhsil müddəti bir il yarımdır.

(Visited 3 times, 1 visits today)