İnternetin verilişində problemlər yaşanır – Bakıda

Son aylar “Bakinternet” in bəzi abunəçilərinin internetin verilişi ilə bağlı problemi yaranıb.

Əslində problem əvvəllər də mövcud idi. İnternet xidmətinə görə ödəniş əhalidən əvvəlcədən tələb edilmədiyindən, xüsusilə yay mövsümündən sonra əhalinin həddindən artıq borclarının yığılıb qalmasına səbəb olurdu.

Digər problem isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin öncədən ödəmə sisteminə keçməsi ilə bağlıdır.

Abunə müqaviləsinə əsasən, əgər xidmət dayandırılırsa, bununla bağlı provayderə abunəçi tərəfindən yazılı məlumat verilməlidir. Beləliklə də, abunəçi istifadə etmədiyi dövrdə provayder tərəfindən xidmətin verilməsi dayandırılmalıdır.

Abunəçi yazılı müraciət etmədiyi halda isə, xidmətin verilişi davam etdirilir. Bu hal isə debütor borcların yaranmasına gətirib çıxarır.

5 iş günü ərzində avtomatik anonslar, SMS bildirişlər göndərilərək, ödəniş etməyən abunəçilərə xidmət verilişi davam edir. Lakin 5 gün sonra xidmət verilişi dayandırılır.

Qaydalara əsasən, hər cari ayın 5-nə kimi həmin ayın xidmət haqqının ödənişi olmalıdır. BTRİB-in telefon qovşaqlarında, Azərpoçt- un bütün şöbələrində, 37 bank, onlayn ödəmə sistemləri, eyni zamanda ödəniş etmə imkanı var. Vətəndaşın istər şənbə, bazar, istərsə də, bayram günlərində ödəniş etməsində heç bir maneə yoxdur.

Xətayi Telefon qovşağından Metbuat.az-a açıqlama verilərək, yaranan problemin abunəçilərin xidmət haqqını vaxtında ödəməmələri ilə bağlı olduğu bildirildi.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a açıqlama verərək, abunəçilərin hüquqlarından danışıb.

“Ödəniş olunubsa, xidmət dərhal bərpa olunmalıdır. Bəzi provayderlər işini normal qura bilmədiyindən , bu cür problemlər yaranır. Problemlə üzləşən abunəçilər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, İstehlakçıların hüquqlarını müdafiə edən dövlət qurumlarına, hətta məhkəməyə müraciət edə bilər”.

(Visited 5 times, 1 visits today)