Yeni ali təhsil ixtisasları yaradıldı

“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edilib

BAKI, 9 apr — Sputnik. Nazirlər Kabineti (NK) “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib. NK-dan Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “Texniki və texnoloji ixtisaslar qrupu”na yeni ixtisaslar əlavə edilib. Həmin ixtisaslar sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, həmçinin şəhərsalmadır.

(Visited 2 times, 1 visits today)