Abituriyentlər ixtisas seçərkən nəyə diqqət yetirməlidirlər? — VİDEO

2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı açıqlanıb.

Belə ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin ixtisas qruplarında  160 ixtisas üzrə 43000 plan yeri ayrılıb.

Hər il abituriyentlərin çətinlik çəkdiyi əsas məsələlərdən biri məhz düzgün ixtisas seçməkdir. Bəzən valideynlərin müdaxiləsi, bəzən də abituriyentin ixtisas seçimindəki yanlışlıqları sonradan problemə çevrilir. Bəs 160 ixtisasın arasından özünə, imkanlarına, xarakterinə və perspektivliyinə görə hansını seçməli?

“Ölkə.Az” xezerxeber.az-a istinadən məlumat verir ki, əmək bazarında tələb olunan peşələrın başında informasiya texnologiyaları sahəsi gəlir.

Tibb, turizm, kənd təsərrüfatı kimi vacib sahələr hazırda bütün dünyada əmək bazarında ən çox peşəkar kadrların tələb olunduğu sahələrdir. Maliyyə – mühasibatlıq sahəsi, satış menecerləri, inşaat mühəndisliyi sahələri də ən çox tələb olunanlar arasındadır.

Təhsil sahəsində çalışan psixoloq Bəhram Məmmədəliyev isə deyir ki, ixtisas seçərkən valideynlərin abituriyentə təzyiqi yolverilməzdir. Bu zaman gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almalıdır.

Ətraflı videosüjeti təqdim edirik :

(Visited 3 times, 1 visits today)