“Google” şirkəti 2.7 milyard dollar cərimələndi

Avropa Komissiyası “Google” şirkətini 2.42 milyara avro (2.7 milyard dollar) məbləğində cərimələyib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının bu gün qəbul edilən sənəddə bildirilib.

Şirkətdə qeyd edilir ki, “Google” rəqabət qaydalarını pozduğu üçün cərimələnib. Bildirilir ki, “Google” axtarış sistemi onlayn alış-verişlə bağlı müraciət edən istifadəçiyə ilk sırada özünün “Shopping Box” xidmətini nümayiş edir, digər şirkətlərin təkliflərini isə arxa planda qalır.

Avropa Komissiyası bir neçə ildə “Google”a məxsus “Alphabet” şirkəti ilə bağlı tədqiqat aparıb.

Ölkə.Az

(Visited 1 times, 1 visits today)