Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İstedadlı Uşaqlarla İş Mərkəzi yaradılıb

Nazirlər Kabineti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, İstedadlı Uşaqlarla İş Mərkəzinin yaradılması və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, Qəbələ Peşə Məktəbi Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi ilə birləşdirilib və onların bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri Məktəbinin bazasında isə İstedadlı Uşaqlarla İş Mərkəzi yaradılıb.

(Visited 3 times, 1 visits today)