Xəzər Universiteti “QS” təşkilatının reytinq siyahısında

İyunun 8-də “QS” universitetlərin reytinqi təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin 2017-ci il üçün reytinqini müəyyənləşdirib. Reytinq siyahısında Xəzər Universiteti Azərbaycan universitetləri arasında birinci yeri tutur, dünya universitetləri arasında isə 701-750 aralığında yerləşir.

Xəzər Universitetindən bildirilib ki, təşkilat dünyada fəaliyyətdə olan təxminən 26 min universitet haqqında araşdırma aparıb. Xəzər Universiteti dünyanın 2,7 faiz seçilmiş aparıcı universitetləri sırasına daxil edilib.

“QS” təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir. Bu meyarlar – akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır.

Xəzər Universiteti dünya universitetləri arasında beynəlxalq tələbələrin qəbuluna görə 388-ci, müəllim-tələbə nisbətinə görə 339-cu, xarici müəllimlərə görə isə 253-cü yeri tutub.

“QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar:

https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2018

(Visited 3 times, 1 visits today)