Hollandiyada yayımlanan romanticnationalism.net internet ensiklopediyasında, dahi bəstəkarımız Üzeyir Hacibəyovla bağlı məqalə yayımlanıb. Məqalənin müəllifi Amsterdam Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatı və incəsənətinin tədqiqatçısı Sara Krombahdır. Sara xanım eyni zamanda Lahey Kral Konservatoriyasını bitirib, ölkəsində və Avropada tanınan bir pianoçudur. Sara Krombahın olduqca zəngin repertuarı var. Bax, Bethoven, Şopen ve digər dünya klassiklərin əsərləri ilə birlikdə Üzeyir Hacıbəyov və Fikrət Əmirov kimi bəstəkarlarımızın əsərləri də onun proqramında önəmli yer tutmaqdadır. İndiyə kimi bir çox musiqi albomları işıq üzü görüb. Bu albomlarda türk və Azərbaycan bəstəkarlarının əsərlərinə də geniş yer ayrılıb.
Moderator.az xəbər verir ki, Sara Krombah bir elm adamı kimi Azərbaycan bağlı bir çox araşdırmalar aparıb. Yeri gəlmişkən, onu da deyək ki, müdafiəyə hazır olan namizədlik elmi işi ünlü Azərbaycan elm adamı, tarixçi Ziya Bünyadovun həyat və yaradıcılığına həsr olunub.
Elmin Nuri
(Visited 4 times, 1 visits today)