Nasistlərin kitab yandırdıqları ərazidə 100.000 kitabdan abidə ucaldıldı

Argentinalı 74 yaşlısənətkar Marta Minujn 100.000 qadağan olunmuş kitabdan Yunanıstandakı Parthenon Məbədinin ölçüsündə nəhəng abidə qurub.
Sənətkara görə, bu layihə kitaba edilən təzyiqlərə reaksiyanı əks etdirir.
Bu layihəni gerçəkləşdirmək üçün müəllif Minujn universiteti tələbələrinin sayəsində əvvəlcə dünyanın hər yerindən vaxtilə qadağan olunmuş, hazırda qadağan olan kitabları müəyyənləşdirərək toplayıb. Sonra həmin kitablardan, plastik örtüklərdən və poladdan istifadə edərək inanılmaz abidə yaradıb.
Ancaq Almaniyanın ən mübahisəli kitabı olan Adolf Hitlerin “Mübarizəm” adlı kitabı bu sənət əsərində yer almayacaq. Marta Minujnin bunun üçün mühüm bir əsası var  “Minujnin abidəsi çox geniş bir senzura kampaniyasının bir hissəsi olaraq 1933-ci ildə Nasistlərin 2000 kitabı yandırdığı tarixi ərazidə yerləşir. Haynrix Heinein 19-ci əsrdə dediyi kimi, “Kitabları yandırdıqları yerdə, ən sonunda insanları da yandırarlar”.
Moderator.az abidənin maraqlı fotolarını təqdim edir:
Zəhra
(Visited 2 times, 1 visits today)