Tarixin ilk bioloji silahını Çingiz xan hazırladıb- SİRLİ TARİX

XXI əsrin ən qorxulu silahlarından biri də bioloji silahlardır. Atom, nüvə və hidrogen silahlarından sonra təhlükəliliyinə görə ön sıralarda dayanan bioloji silahlar çağdaş dünyanın sonunu gətirə biləcək ünsürlərdi.
Bioloji silahlar virus, bakteriya və zəhəri kütləvi şəkildə yaymaqla hava vasitəsilə minlərlə insanın ölümünə səbəb ola bilir.
Moderator.az xəbər verir ki, hərb tarixində bir çox taktiki gedişlərin memarı olan Çingizxan elə bioloji silahdan da ilk istifadə edən şəxs kimi tarixə düşüb. Daha sonra onun nəvəsi Batu xan Moğol ordusuna rəhbərlik edən zaman Krımı tutmaq istəyir. Lakin Krım qalası güclü Moğol ordusuna həmən təslim olmaq istəmir. Onlara qarşı müqavimətin gərəksiz olduğunu düşünən Batu xan babasının bioloji silah taktikasından istifadə edir: o, əsir kimi saxladıqları vəba xəstələrini öldürüb onların cəsədlərini mancanaqla qalaya atdırıb. Aramsız ox axını səbəbindən qaladakılar cəsədlərdən həmən qurtula bilməyiblər. Beləcə,  mancanaqlar vasitəsilə qalaya atılan xeyli vəbalı cəsədlər orada ölümcül mikrobları yayır. Nəticədə qaladakı sağlam döyüşçülərin əksəriyyəti bu yoluxucu xəstəliyə düçar olur. Krım qalası məhz bu cür-bioloji silahın sayəsində alınır.
Krım qalası tutulur. Lakin qaladan başlanan vəba ətraf şəhərə də yayılır. İddialara əsasən, orta əsrlərdə Avropada tüğyan edən və milyonlarla insanın ölümünə səbəb olan vəbanın başlanmasına səbəb də elə Krım qalasına tətbiq edilən bakterioloji silah olub.
 
Hazırladı: Elmin
(Visited 46 times, 1 visits today)