Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı – ANALİZ

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən universitetlərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8899 xəbər yerləşdirilib. Bunlardan 33 xəbər mənfi, 8866 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında lider: Sumqayıt Dövlət Universiteti (20 xəbər – universitetdə yeyinti aşkar edilməsi), Mədəniyyət və İncəsənət Universiteti (10 xəbər – rektordan şikayət). İyul ayında elektron mətbuatda universitetlərlə bağlı müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 1036 xəbər
2 Azərbaycan Kooperasiya Universiteti 765 xəbər
3 Azərbaycan Texniki Universiteti 630 xəbər
4 Azərbaycan Tibb Universiteti 531 xəbər
5 Dövlət İqtisad Universiteti 504 xəbər
6 Azərbaycan Dillər Universiteti 415 xəbər
7 Dövlət Neft və Sənaye Universiteti 344 xəbər
8 Bakı Ali Neft Məktəbi 316 xəbər
9 Bakı Musiqi Akademiyası 244 xəbər
10 Sumqayıt Dövlət Universiteti 240 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1320 xəbər dərc edilib. Bunlardan 1 xəbər mənfi, 1319 xəbər isə neytraldır. Mənfi xəbər Sumqayıt Dövlət Universitetinə (universitetdə yeyinti aşkar edilməsi) məxsusdur. İyul ayında yazılı mətbuatda universitetlərlə bağlı müsbət  xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 172 xəbər
2 Azərbaycan Dövlət İqtisad Universiteti 90 xəbər
3 Bakı Ali Neft Məktəbi 76 xəbər
4 Azərbaycan Texniki Universiteti 74 xəbər
5 Azərbaycan Dillər Universiteti 70 xəbər
6 Mədəniyyət və İncəsənət Universiteti 59 xəbər
7 Azərbaycan Tibb Universiteti 55 xəbər
8 Dövlət Pedaqoji Universiteti 50 xəbər
9 Neft və Sənaye Universiteti 48 xəbər
10 Moskva Dövlət Universitetinin Bakı filialı 47 xəbər

İyul ayında televiziya kanallarında universitetlər haqqında 281 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 74 xəbər
2 Azərbaycan Kooperasiya Universiteti 56 xəbər
3 ADA Universiteti 21 xəbər
4 ADU Azərbaycan Dillər Universiteti 11 xəbər
5 Bakı Ali Neft Məktəbi 10 xəbər
6 Azərbaycan Tibb Universiteti 10 xəbər
7 Neft və Sənaye Universiteti 9 xəbər
8 Dövlət Aqrar Universiteti 8 xəbər
9 Memarlıq və İnşaat Universiteti 7 xəbər
10 Dövlət İdarəçilik Akademiyası 7 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

info@mediateqib.az

(Visited 2 times, 1 visits today)