AMEA: “Lütfi Zadənin vəsiyyəti yerinə yetirilməlidir”

“Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların vətənidir. Vacib deyil ki, azərbaycanlıların hamısı Azərbaycanda yaşasın, ancaq hər birinin Azərbaycana bağlılığını göstərməsi arzuolunandır. Lütfi Zadə də Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi ən dəyərli və görkəmli simalardan biridir”.

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Modern.az-a açıqlamasında dünya şöhrətli alim Lütfi Zadədən danışarkən deyib.

İsa Həbibbəyli bildirib ki, Lütfi Zadə vəfat etməzdən əvvəl vəsiyyətində də Azərbaycan sevgisini göstərdi.

“Hesab edirəm ki, Lütfi Zadənin vəsiyyəti yerinə yetirilməlidir. Azərbaycan dövləti də özünün şərəfli övladına qucaq açmağa hazırdır. Onun Azərbaycanda dəfn edilməsi çox böyük hadisə olar. İstənilən ölkə Lütfi Zadə kimi nəhəng bir şəxsiyyətin ana vətəni olmasından fəxr duyardı. Ancaq, o azərbaycanlıdır. Azərbaycan dövləti, xalqı ona olan sevgisini həmişə göstərib və bundan sonra da göstərəcək”.

(Visited 2 times, 1 visits today)