Myanma liderinin “Nobel” mükafatı əlindən alınır

Myanma ordusu silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində çoxsaylı yerli müsəlmanları qətlə yetirib.

Publika.az xəbər verir ki, baş verənlərə qarşı heç bir reaksiya göstərməyən Myanma hökumətinin faktiki dövlət müşaviri sayılan Aung San Suu Kyi dünya mediasını qəzəbləndirib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada Arakanda baş verənlərin uydurma hekayələr olduğu deyilib. Birbaşa Aung tərəfdarları isə “Arakandakı qadınlara təcavüz edilməyib, onlar yalan danışır” deyə bildiriblər.

Böyük bir soyqırımına göz yuman qadın lider bu hadisələrin birbaşa səbəbkarı hesab olunur.

İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı – İSESCO isə Myanma hökumətinin liderinin “Nobel” Sülh Mükafatından məhrum edilməsi haqqında iddia qaldırıb.

İSESCO tərəfindən yayılmış yazılı açıqlamada qeyd edilib ki, arakanlı müsəlmanlara qarşı törədilən qətliama sakit qaldığı üçün Aung San Suu Kyi bu mükafata layiq deyil. Açıqlamada beynəlxalq ictimaiyyətin baş verən soyqrımına biganə qalmaması da bildirilib.

BMT-nin yaydığı məlumata görə, indiyə qədər 90 min arakanlı müsəlman Banqladeş sərhədlərini keçib. Daha 10 minlərlə müsəlman isə sərhədi keçmək üçün gözləyir.

Könül Cəfərli

(Visited 3 times, 1 visits today)